"Roma"nın müdafiəçisi Emanuele Lulli karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" proqramında məlumat verilib.
"Arsenal", "Çelsi" və "Liverpul" italiyalı futbolçunu qısa siyahıya salıb. İngilislərlə yanaşı PSJ də Lullinin performansını yaxından izləyir.
19 yaşlı sağ cinah müdafiəçisinin "Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Avropa nəhənglərinin marağını nəzərə alan paytaxt klubu yaxın vaxtlarda gənc oyunçu ilə yeni sözləşmə imzalamağı planlaşdırır.
Qeyd edək ki,Emanuele Lulli 2021-ci ilin yayında "Roma"nın akademiyasına qoşulub. İtaliya U-21 millisinin üzvü cari mövsümdə "canavarlar"ın heyətində 5 rəsmi matçda meydana çıxıb.