"Qarabağ" kubunda kadr dəyişikliyi baş verib. Sport24.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.
2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb. O, komanda ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offa yüksəlməsinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin həyəcanını yaşayıb. "Qarabağ"da fəaliyyəti dövrünə nüfuzlu "Johan Cruyff" institutunun diplomunu alan Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.
"Qarabağ" Futbol Klubu Anar Hacıyevə göstərdiyi xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.