Türkiyənin "Samsunspor" klubu baş məşqçi Torsten Finklə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
58 yaşlı almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitma verilib.
Qeyd edək ki, Torsten Fink bu ilin fevralında "Samsunspor"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda ölkə çempionatında 7 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.