"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

 

Yubiley oyunu Misli Premyer Liqasının yeddinci turuna təsadüf edib. Gəncə təmsilçisi səfərdə "Araz-Naxçıvan"ın qapısından iki cavabsız top keçirib.

 

Qeyd edək ki, Qərb klubunun 300-cü sevinci 721-ci matçına təsadüf edib. Evdə 194, səfərdə 102 dəfə qalib gələn "Kəpəz" neytral meydançalarda dörd dəfə sevinib. İlk qələbəsini 1992-ci il mayın 3-də "Turan"la ev matçında əldə edən (2:1) Gəncə klubu 300 və daha çox oyunda qalib gələn dördüncü komandadır.