UEFA Gənclər Liqasının (U-19) əsas mərhələsinin 2-ci turunun Masazırda keçiriləcək "Sabah" – "Slaviya" (Praqa) oyununun hakimləri bəlli olub. Sport24.az xəbər verir ki, görüş norveçli hakimlər briqadasına tapşırılıb.

 

Baş hakim Marius Hansen-Qrötta olacaq. Ona laysmanlar Aleksandr Yeqer və Henrik Sunne kömək edəcəklər.

 

Qeyd edək ki, "Sabah" (U-19) və "Slaviya" (U-19) arasındakı oyun oktyabrın 13-də "Bank Respublika Arena"da keçiriləcək və görüşə saat 15:00-da start veriləcək.