"Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirov UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Slaviya" ilə matçından əvvəl keçirilən mətbuat konfransında iştirak edib. Sport24.az 26 yaşlı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

 

- Komandada daxilində ab-hava necədir? Matçın Bakı Olimpiya Stadionunda oynanılması sizin üçün həyəcanlıdır?

 

- Sabah oyun oyun olacaq. İlk ev matçına çıxacağıq. Ümid edirəm ki, stadion dolar, azarkeşlərimiz gələr. Yaxşı nəticə qazanıb xalqımızı sevindirməyə çalışacağıq. Oyuna yaxşı hazırlaşmışıq.

- Millidə üzərinizdə çox təzyiq olmuşdu. Psixoloji olaraq?

- Deməzdim ki, yorğunluq qalıb. Millidə qalib gəldikdən sonra heç bir yorğunluğum yoxdur. Allah qoysa, sabah da qələbə qazanarıq. Hər şey qaydasındadır.

 

- BOS daha böyük stadiondur. Burada oynamaqdansa Tofiq Bəhramov adına Respublika Stadionunda oynamaq daha yaxşı olmazdı?

 

- Məncə, burada azarkeş dəstəyi çox olacaq. Bakı Olimpiya Stadionu bizə daha uyğun olar. Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan üçün tarixi arenadır. BOS-da daha çox azarkeş olsa, məncə, daha yaxşı olar.

 

- Meydançanın durumu necədir?

 

- Burada bir dəfə məşq etmişik. Stadionun ot örtüyü çox yaxşı vəziyyətdədir.