"Beşiktaş" Super Liqada "Kocaelispor"a qalib gəlib – 2:1. Sport24.az xəbər verir ki, "qara qartallar"ın qələbə qolunu vuran Duşan Vlahoviç çempionatda ardıcıl dördüncü matçında fərqlənib.

 

O, "Beşiktaş"ın heyətində XXI əsrdə debüt mövsümündə bunu bacaran ilk futbolçu olub.

 

Vlahoviç azad agent kimi yayda İstanbul təmsilçisinə qoşulub.

 

Qeyd edək ki, Serbiyalı forvard əvvəl "Fiorentina" və "Yuventus"da forma geyinib.