Bu gün "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində 2-ci oyununa çıxır. Sport24.az xəbər verir ki, "bayquşlar"ın rəqibi Çexiya təmsilçisi "Slaviya" olacaq.

 

"Sabah" ilk turda səfərdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə məğlub olubsa, "Slaviya" "doğma divarlar" arasında Fransanın "Lans" klubuna 2:3 hesabı ilə yenilib.

 

Bakı Olimpiya stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək və oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sebastian Qishamer olacaq.

 

Çempionlar Liqası

Əsas mərhələ, II tur

 

20:45. "Sabah" - "Slaviya" (Çexiya)

Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann (hamısı Avstriya)

VAR: Alan Kiyas (Avstriya)

AVAR: Josef Spurni (Avstriya)

Bakı. Olimpiya Stadionu