"Lester"in sahibləri futbol klubunun satılmasıı ilə bağlı təkliflərin təqdim edilməsi üçün son tarix müəyyən ediblər. Sport24.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. 

 

"Tülkülər"in (klubun ləqəbi) satış prosesini həyata keçirən "Citi" investisiya bankı maraqlı tərəflərə öz təkliflərini oktyabrın 16-na təqdim etməli olduqlarını bildirib.

 

2010-cu ildən bəri kluba sahiblik edən Taylandın "King Power" şirkəti satışdan təxminən 225 milyon funt-sterlinq əldə etməyi gözləyir.

 

Qeyd edək ki, 2015/16 mövsümündə İngiltərə çempionu olmuş "Lester" hazırda ölkənin üçüncü divizionunda mübarizə aparır.