"İnter Mayami"nin əfsanəvi argentinalı hücumçusu Lionel Messi Adidas-ın "Messi +10" kampaniyası çərçivəsində futbolun 10 gələcək ulduzunu seçib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Adidas bu nəsli 'Növbəti fəsil burada başlayır' şüarı ilə təqdim edib və kampaniyanın əsas siması Messi olub.
Bu, rəsmi reytinqdən daha çox gənc istedadların nümayiş olunduğu bir təqdimatdır. Lakin argentinalı ulduzun iştirakı hər bir adı dərhal diqqət mərkəzinə və ciddi müzakirə obyektinə çevirir.
2026-cı ildə Messinin dəstəklədiyi 10 yüksələn ulduz:
Kişilər:
- Tomas Aranda ("Boka Xuniors", Argentina, 19 yaş)
- Maks Douman ("Arsenal", İngiltərə, 16)
- Xavier Qozo ("Kristal Pelas", ABŞ, 19)
- Jesus Rodriges ("Komo", İspaniya, 20)
- Kees Smit (AZ, Niderland, 20)
- Cilberto Mora ("Tixuana", Meksika, 17)
- Can Uzun ("Aynraxt" Frankfurt, Türkiyə, 20)
Qadınlar
- Xloi Sarvi ("Çelsi", İngiltərə, 17 yaş)
- Covanna Vaksman ("Lion", Braziliya, 17 yaş)
- Lotta Vrede ("Hamburq", Almaniya, 18 yaş).