"Barselona"nın İdarə Heyətinin keçmiş üzvü Toni Freyşa Lionel Messinin "Kamp Nou"dakı vida matçının tarixini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, bir il yarım sonra "Kamp Nou"da "Barselona"nın Leo Messi ilə vidalaşması üçün mərasim keçiriləcək. 

 

Qeyd edək ki, Messi "Barselona"nın akademiyasının yetirməsidir. O, 2004-cü ildən 2021-ci ilə qədər Kataloniya klubunun əsas komandasında çıxış edib və çoxsaylı titullar qazanıb. Ötən həftəArgentina millisi Messi üçün təşkil olunan vida matçında Beninlə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Messi isə bir qol vurub və iki məhsuldar ötürmə edib.