Türkiyə Super Liqasında sentyabr ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, "Trabzonspor"da çıxış edən Məhəmməd Salah ötən ayın ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Misirli vinger sentyabrda Türkiyə çempionatında meydana çıxdığı 3 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Məhəmməd Salah yayda "Liverpul"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Trabzonspor"a keçib.