"Aston Villa"nın baş məşqçisi Unay Emeri Çempionlar Liqasında "Fənərbağça"ya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis 6:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Fənərbağça"nın yaxşı heyəti var. Bu gün də kifayət qədər qol imkanları yarada bildilər. Onlar 0:6 hesablı məğlubiyyətə layiq deyildi. Futboldur, bu dəfə biz qələbə qazandıq. Amma bu, "Fənərbağça"nın çox pis oynadığı demək deyil".

 

Qeyd edək ki, "Fənərbağça" 2 turdan sonra 1 xalla 28-ci sıradadır. Aktivində 6 xal olan "Aston Villa" isə 2-cidir.