"Real"ın hücumçusu Kilian Mbappenin anası və agenti Fayza Lamari korrupsiya şübhəsi ilə əlaqədar Fransa polisi tərəfindən başladılan araşdırmaya şahid qismində cəlb olunub. Sport24.az xəbər verir ki, bu barədə "L"Équipe" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, hüquq-mühafizə orqanları artıq Lamari, eləcə də müstəntiqlərin fikrincə, maliyyə əməliyyatında şəriki qismində iştirak etmiş ola biləcək oğlu ilə rəsmi dindirmə aparıblar.

 

İstintaqçılar hesab edirlər ki, Fransa millisinin keçmiş təhlükəsizlik rəisi Məhəmməd Sanhadji futbolçunun anasına dörd giriş vizasının alınmasını sürətləndirməkdə kömək edib. Bu xidmət müqabilində "Real"ın ulduz hücumçusu həmin şəxsin hesablarına 60 min 300 avro köçürüb.

 

Qeyd edək ki, Sanhadji korrupsiyaya qarşı aparılan genişmiqyaslı istintaqda əsas fiqurlardan biridir. Fransa istintaqçıları daha əvvəl bu işlə əlaqədar digər tanınmış oyunçuları, o cümlədən Fransa millisinin keçmiş yarımmüdafiəçisi Frank Riberini də dindiriblər