"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda PSJ-yə qarşı keçirilən oyunda (2–4) iki rekorda imza atıb. Sport24.az xəbər verir ki, bu barədə "Actu Foot" portalı məlumat yayıb.
Norveçli futbolçu matçda iki qol vuraraq, turnir tarixində 60 qol həddinə ən tez çatan oyunçu olub. O, bu nəticəyə cəmi 60 qarşılaşmada nail olub. Əvvəlki rekord 80 oyunda 60 qol vuran Lionel Messiyə məxsus idi.
Bundan əlavə, Haaland bu nailiyyətə çatan ən gənc oyunçu oldu. Norveçli futbolçu Çempionlar Liqasındakı 60-cı qolunu 26 yaş 85 günlüyündə vuraraq, Messini cəmi bir gün fərqlə geridə qoyub.
Qeyd edək ki, hücumçu ümumilikdə bu mövsüm bütün turnirlərdə 9 dəfə meydana çıxıb və 10 dəfə fərqlənib.