Danimarka millisinin keçmiş baş məşqçisi, isveçli Bo Yohansson 83 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə "TV2" telekanalı məlumat yayıb.

 

Mütəxəssisin ölüm səbəbi açıqlanmayıb.

 

Yohansson 1996-cı ildən 2000-ci ilə qədər Danimarka millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda Fransada keçirilən DÇ-1998-də dörddəbir finala yüksəlib və Braziliyaya 2:3 hesabı ilə məğlub olub.

 

AVRO-2000-də isə danimarkalılar qrup mərhələsində hər üç oyunda məğlub olaraq pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

 

Qeyd edək ki, Yohansson klub səviyyəsində "Öster" ilə İsveç çempionatında iki dəfə çempionluq sevinci yaşayıb. O, həmçinin "Silkeborq"la Danimarka çempionatının qalibi olub.