FİFA prezidenti Canni İnfantino DÇ-2026-da ABŞ millisinin hücumçusu Folarin Baloquna göstərilən qırmızı vərəqənin ləğv olunmasını şəxsən istəyib. Sport24.az xəbər verir ki, bu barədə dörd mənbəyə istinadən edən "The New York Post" qəzeti məlumat yayıb.

 

Məlumatlı şəxslərin iddiasına görə, isveçrəli funksioner iyulun 1-də ABŞ prezidenti Donald Trampla söhbəti zamanı amerikalı hücumçuya tətbiq edilən cəzanın ləğv olunmasına razılıq verib.

 

Mənbələrdən biri bildirib: "O, prezident Trampa məsələni həll edəcəyini söylədi. Bir telefon zəngi – və hər şey həll olundu".

 

Baloqun Bosniya və Herseqovinaya qarşı keçirilən (2:0 hesablı qələbə ilə başa çatan) 1/16 final mərhələsində meydandan qovulmuşdu. Qeyd olunur ki, İnfantinonun bu xüsusi müdaxiləsi olmasaydı, futbolçu Belçikaya qarşı 1/8 final matçında iştirak edə bilməyəcəkdi.

 

İnfantino daha əvvəl bu qərara heç bir aidiyyətinin olmadığını iddia etmişdi. FİFA-nın mətbuat katibi nəşrə açıqlamasında bildirib: "Adı açıqlanmayan mənbələrin iddialarına baxmayaraq, bizim mövqeyimiz dəyişməz olaraq qalır".