Yarımmüdafiəçi Aleks Skott qış "transfer pəncərəsi"ndə "Bornmut"u tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, keçid yalnız "Bornmut"un 23 yaşlı futbolçu üçün kifayət qədər ciddi təklif alacağı təqdirdə baş tuta bilər. Transfer məbləğinin təxminən 100 milyon avro olacağı gözlənilir.
Yayda "Bornmut"un yarımmüdafiəçisini heyətinə qatmaq istəyən "Çelsi" və "Liverpul" hələ də fikirindən daşınmayıb.
Qeyd edək ki, Skott cari mövsümdə altı oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.