Davide Nikolo "Venesiya"nın baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
53 yaşlı mütəxəssis bu yaxınlarda vəzifəsindən azad edilən Covanni Stroppanı əvəzləyəcək. O, "Laqunari" ilə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Nikola son olaraq "Kremoneze"də çalışıb və bu ilin martında oradan ayrılıb. O, karyerası ərzində "Cenoa", "Salernitana", "Udineze", "Kalyari", "Torino" və "Krotone" komandalarına da rəhbərlik edib.
Qeyd edək ki, hazırda aktivində xal olmayan "Venesiya" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.