Türkiyə I Liqasının X turunun "Ümraniyespor" - "Boluspor" matçı 70-ci dəqiqədə təxirə salınıb. Sport24.az xəbər verir ki, buna səbəb güclü yağışın yağmasıdır.

 

Oyunun nə vaxt davam edəcəyi barədə daha sonra məlumat veriləcək.

 

Qarşılaşma dayandırıldığı zaman qonaq komanda hesabda 1:0 öndə olub.

 

Qeyd edək ki, "Boluspor"da Azərbaaycan milli komandasının sabiq üzvü Elvin Yunuszadə çıxış edir. 34 yaşlı mərkəz müdafiəçisi ehtiyat oyunçular skamyasında yer alıb.