"Sabah"ın futbolçusu Akim Zedadka Əlcəzair millisinə dəvət alacaq. Sport24.az xəbər verir ki, bu barədə "La Gazette du Fennec" nəşri məlumat yayıb.

31 yaşlı cinah müdafiəçisi Azərbaycan təmsilçisindəki çıxışı ilə yığmanın baş məşqçisi Brahim Hemdanin diqqətini çəkib.

Zedadkanın Afrika Millətlər Kubokunun seçmə mərhələsində heyətə cəlb olunacağı gözlənilir. Komanda noyabrda Toqo seçməsi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Akim Zedadka "Sabah"ın tarixi uğurlarında pay sahibi olan oyunçulardan biridir. O, cari mövsüm UEFA Çempionlar Liqasında (təsnifat daxil) 10 matçda meydanda olub. Cinah müdafiəçisi 2022-ci ildə "Lill"də çıxış edərkən bir dəfə Əlcəzair millisinin formasını geyinib.