"Real"ın baş məşqçisi Joze Mourinyo "Neqreyra işi"ni "Kalçopoli" (Calciopoli) qalmaqalı ilə müqayisə edib. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə AS nəşrinə açıqlama verib:

 

"Sadəcə bir şey deyəcəyəm: italyanları təbrik edirəm - bilirsiniz niyə? Çünki "Kalçopoli"nin həqiqətən də "Kalçopoli" olaraq qaldığı yeganə ölkə məhz İtaliyadır. İspaniyada isə baş verənlər – hər kəs nə baş verdiyini bilir – deyəsən, hələ də... vəziyyət heç də sakit deyil. Amma ortada heç nə yoxdur. Tamamilə heç nə.

"Neqreyra işi"nin daha da irəliləyəcəyini gözləyirəmmi? Əgər heç nə baş verməsə, o zaman bu, yəqin ki, dünyada hakimlərlə bağlı ən böyük korrupsiya qalmaqalı olacaq".

 

Qeyd edək ki, "Neqreyra işi" 2001-2018-ci illər ərzində "Barselona"nın İspaniya Hakimlərinin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya məxsus "Dasnil 95, SL" şirkətinə ödənişlər etdiyinin üzə çıxmasından sonra gündəmə gəlib. Həmin müddət ərzində klub ona ümumilikdə təxminən 7,3 milyon avro köçürüb.