"Barselona" itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Dani Olmo sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Olmo Çempionlar Liqasında PSJ ilə görüşdə zədə alıb. Onun bərpa müddəti bilinmir.

 

Qeyd edək ki, İspaniyalı yarımmüdafiəçi oktyabrın 25-də keçiiləcək "Barselona" – "Real" matçını buraxa bilər.