Misli Premyer Liqasında VIII turun rəmzi komandası müəyyənləşib. Sport24.az xəbər verir ki, "11-lik" "Sofascore" tərəfindən tərtib olunub.

 

Rəmzi komandada ən çox futbolçu "Sabah"dan yer alıb – 3. "Neftçi" 2, "Qarabağ" isə 1 futbolçu ilə təmsil olunub. "İmişli"dən 2, "Şamaxı", "Zirə" və "Şəfa"dan isə 1 oyunçu "11-liyə" düşüb.

 

Qapıçı: Yusif İmanov ("İmişli")

 

Müdafiəçilər: Joao Oliveyra ("Şamaxı"), Ange Mutsinzi ("Zirə"), Junior Almeyda ("Sabah"), Dioqo Rollo ("İmişli")

 

Yarımmüdafiəçilər: Aleksey İsayev, Abdullah Xaybullayev (hər ikisi "Sabah"), Qustavo Klisman, Viçko Şevel (hər ikisi "Neftçi"), Kadi Borges ("Qarabağ")

 

Hücumçu: Elnur Cəfərov ("Şəfa")