"Sabah" rəqibin güclü və adlı-sanlı olmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdi. Təmsilçimiz Almaniyanın ən güclü komandalarından birinə qarşı çəkinmədən, qorxmadan mübarizə apardı".

 

Bunu Sport24.az-a açıqlamasında Mahmud Qurbanov deyib.

 

Təcrübəli mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Dortmund "Borussiya"sına 1:2 hesabı ilə məğlub olduğu görüşü dəyərləndirib.

 

"Əsas odur müdafiəyə çəkilmədilər, sürətli hücumlar təşkil etdilər və qol da vurmağı bacardılar. Hətta "Sabah"ın "Borussiya"ya qarşı göstərdiyi performansı bir həftə əvvəl "Slaviya" üzərində qələbə qazandıqları oyundan da yaxşı hesab edirəm. Meydanda baş verən epizodlardan da görünürdü ki, təmsilçimiz rəqibindən geri qalmır. Matçın gedişində açıq və bərabər səviyyəli mübarizə izlədik. Onsuz da bu duelin favoriti rəqib komanda idi. "Sabah"ın ən azı bir xal qazanmaq imkanı var idimi? Hesabın 1:2 olması bunu deməyə əsas verir. Ancaq reallığı da qəbul etmək lazımdır. Rəqibin hansı çempionatda çıxış etdiyini nəzərə almalıyıq. "Borussiya"nın ustalıq səviyyəsi və fərdi keyfiyyətləri "Sabah"a bir xal qazanmağa imkan vermədi".

 

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.