Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv"un yeni baş məşqçisi məlum olub. Sport24.az xəbər verir ki, komandanın "sükanı" David Zvarqaya tapşırılıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə anlaşma 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

 

David 2021-2024-cü illərdə "Rakuv"da məşqçilik edib. Mütəxəssisin son ünvanı Polşanın "Arka" klubu olub.

 

Qeyd edək ki, "Rakuv" çempionatda 11 turdan sonra 6 xalla 18-ci sıradadır.