"Reyncers"in yarımmüdafiəçisi Nikolas Raskin karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" belçikalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

 

"Ağ-qaralar" Şotlandiya klubuna 17 milyon avro, 24 yaşlı dayaq yarımmüdafiəçisinin özünə isə illik 5 milyon avro təklif ediblər. Keçidin qışda reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.

 

Qeyd edək ki, "Reyncers" Nikolas Raskini 2023-cü ilin yanvarında ölkəsinin "Standard" klubundan 1,5 milyon avroya transfer edib. Belçika millisinin üzvü cari mövsümdə Qlazqo təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.