Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında AF qrupunun ilk matçı baş tutub. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandası Timor-Leste yığması ilə qarşılaşıb.

 

Tam üstünlüklə keçən görüşdə futbolçularımız rəqib qapısından 6 cavabsız top keçirərək darmadağına imza atıblar.

 

Yığmamızın heyətində Müşfiq Zamanov və Həsən Məmmədov dubla imza atıblar. Komandamızın digər qollarını isə Yusif Əlizadə və Asim Allahverdizadə vurub.

 

Qeydə alınan nəticə:

 

FIFA U-15 Dünya Çempionatı və Festivalı

AF qrupu

Azərbaycan U-15 – Timor-Leste U-15 6:0

Qollar: Müşfiq Zamanov, 11, 37, Yusif Əlizadə, 25, Həsən Məmmədov, 27, 28, Asim Allahverdizadə, 31 (pen.)