"Bavariya"nın müdafəçisi Kim Min Jae karyerasında dəyişiklik etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, cənubi koreyalı futbolçunun xidmətində birdən-birə 4 klub maraqlıdır.
Həmin klublar da Min Jae üçün "Bavariya"ya təklif göndərib. Onlar arasında "Arsenal", "Milan", "Tottenhem" və "Aston Villa" klubları var.
"Bavariya" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədər olan asiyalı hələ ki yekun qərarını verməyib.
Qeyd edək ki, o, ölkəsində "Dooryonq", "Yeonço", "Suvon", "Jonbuk" və "Beyjinq Quan"(Çin), "Fənərbaxça"(Türkiyə), "Napoli" klublarında oynayıb.