Səudiyyə Ərəbistanı bazarındakı transfer fəallığından ən çox faydalanan klub müəyyənləşib. Sport24.az "Marca" nəşrinə istinadən xəbər verir ki, İngiltərənin "Aston Villa" klubu Səudiyyə Ərəbistanı çempionatına futbolçu satışından ən çox gəlir əldə edən komandadır.

Birmingem təmsilçisi indiyədək üç futbolçusunu Səudiyyə klublarına sataraq ümumilikdə 195,4 milyon avro qazanıb. "Aston Villa" Con Duranı 77 milyon, Musa Diabini 60 milyon, Ollie Uotkinsi isə 58,4 milyon avroya göndərib.

Bu göstəriciyə görə ikinci pillədə "Mançester Siti" qərarlaşıb. "Şəhərlilər" Səudiyyə klublarına futbolçu satışından 148,5 milyon avro əldə edib. Riyad Mahrez 35 milyon, Aymerik Laport 27,5 milyon, Joao Kanselo isə 25 milyon avroya satılıb. Son olaraq Tijani Reyndersin "Əl Hilal"a keçidi 61 milyon avroya başa gəlib.

İlk "üçlüy"ü "Liverpul" tamamlayır. "Mersisaydlılar" Darvin Nunyesi 53 milyon, Fabinyonu 46,7 milyon, Cordan Hendersonu isə 14 milyon avroya Səudiyyə Ərəbistanına göndərib.

 

Səudiyyə Ərəbistanı klublarının transfer bazarında xərcləri də diqqət çəkir. 2023/24 mövsümündən etibarən "Əl Hilal" yeni futbolçulara 856,99 milyon avro xərcləyib. Bu məbləğin 632,84 milyon avrosu Avropanın "böyük beşlik" liqalarında çıxış edən klublara ödənilib.

Qeyd edək ki, bu müddət ərzində "Əl Nəsr" 436,83 milyon, "Əl İttihad" isə 414,18 milyon avro transfer xərci çəkib.