Rişarlisonun London "Tottenhem"indən ayrılması üçün yeganə real variant Səudiyyə Ərəbistanıdır. Sport24.az xəbər verir ki, bu barədə "Evening Standard" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Rişarlisonun "transfer pəncərəsi" oktyabrın 12-nə qədər açıq qaldığı Səudiyyə Ərəbistanından başqa alternativi yoxdur və 29 yaşlı braziliyalı yerli klublrdan birinin ona təklif göndərəcəyinə ümid edir.
Yay "transfer pəncərəsi" bağlanmazdan bir müddət əvvəl "Tottenhem"in baş məşqçisi Roberto De Zerbi Rişarlisonun klubdan ayrılmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, hücumçunun adı 2026/27 mövsümü üçün "Tottenhem"in iştirak ərizəsinə salınmayıb.