Azərbaycanlı FIFA hakimi Tural Qurbanov növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək "Borusiya" (Dortmund, Almaniya) – "Villarreal" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.

 

Ona Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər. 

 

Görüş sentyabrın 8-i Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.