Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunları Nepalda baş vermiş daşqınların qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Həmçinin həmrəylik və dəstək nümayiş etdirmək üçün stadionlarda "Nepal, sən tək deyilsən" yazılmış banner açılacaq.
Çempionlar Liqasında I tura sabah start veriləcək.