Sentyabrın 3–6-də Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək gənclər arasında Avropa çempionatında Azərbaycanı 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) təmsil edəcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

 

Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq.

 

Heyəti təqdim edirik:

 

Qızlar

48 kq

Nərgiz Əhmədova

Gülgəz Musayeva

52 kq

Aysun Məmmədova

57 kq

Aytən Verdiyeva

Xədicə Qədəşova

Oğlanlar

60 kq

Ayxan Mirzəzadə

66 kq

Məhəmməd Musayev

73 kq

Əbil Yusubov

81 kq

Cəsur İbadlı

Mehdi Abbasov

90 kq

Aslan Kotsoyev

Süleyman Şükürov

100 kq

Davud Namazlı

+100 kq

Ramazan Əhmədov