"Yuventus" "Tottenhem"in yarımmüdafiəçisi Pape Matar Sarrın transferi ilə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Klublar arasında ümumi məbləği 30 milyon avro olan razılaşma əldə olunub. Seneqallı futbolçu Turin təmsilçisinə əvvəlcə icarə əsasında keçəcək. İcarə haqqı 2 milyon avro təşkil edəcək.
Razılaşmaya 30 milyon avroluq satınalma şərti daxil edilib və müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə bu bənd məcburi transferə çevriləcək.
Beləliklə, Pape Matar Sarrın "Yuventus"a keçidi ilə bağlı klublar arasındakı proses yekunlaşıb