3×3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının 2026 mövsümünü ikinci pillədə başa vurub. Sport24.az xəbər verir ki, "ağ-qaralar" 672 xalla ümumi sıralamada ikinci olub.

 

"Neftçi SOCAR" mövsüm ərzində ümumilikdə 12 mərhələdə iştirak edib. Komanda Orlean və Marsel mərhələlərinin qalibi olub.

 

Azərbaycan təmsilçisi son olaraq Yaponiya mərhələsində mübarizəni dayandırıb.