"Gəncəbasar" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, I Liqa klubu Emil Bayramovu heyətinə cəlb edib.
Müdafiəçi mövqeyində çıxış edən Bayramov ilə klub arasında bir illik müqavilə imzalanıb.
Ukrayna futbol məktəbinin yetirməsi olan futbolçu ölkəmizdə "Araz-Naxçıvan", "Zirə" və "Cəbrayıl"da çıxış edib.
"Gəncəbasar" I Liqanın I turunda sentyabrın 4-də "Şimal"ın qonağı olacaq.