Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA tərəfindən yenidən "Quality Pro" sertifikatına layiq görülüb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Dünya ali futbol qurumu tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.