"Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Səbuhi Qurbanovu heyətinə qatıb. Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Futbolçu "Sabah"ın əvəzedici komandasında çıxış edirdi.
"Xankəndi" yeni mövsümdə I Liqada mübarizə aparacaq. Çempionata sentyabrın 3-də start veriləcək.