Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasında cari mövsümün avqust ayında vurulan ən baxımlı və estetik qolların siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, ayın ən yaxşı "5-liyində" fərqli klubların futbolçularının vurduğu qollar yer alıb. Reytinqə "Sabah"dan Ksander Severina, "Zirə"dən Eren Aydın, "Qarabağ"dan Renaldo Sefas, "Neftçi"dən Breno Almeyda və "Kəpəz"in şərəfini qoruyan Viktor Stina adlarını yazdırıblar.

 

Həmin qolların videoicmalını təqdim edirik: