Millimizin sabiq futbolçusu Araz Abdullayev "Karvan-Yevlax"dan ayrılıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında əməkdaşlığa son qoyulub.

34 yaşlı futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi ötən mövsümdən Yevlax təmsilçisinin formasını geyinirdi.

Xatırladaq ki, "Karvan-yevlax" ötən mövsümü 15 xal sonuncu pillədə başa vuraraq Premyer Liqanı tərk edib. Bölgə təmilçisi cari mövsümdə 1-ci liqada mübarizə aparacaq.