Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunub. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
Abbaszadənin analiz nümunəsində qadağan olunmuş maddə tapılıb.
Ondan götürülmüş sınaq nüsxəsində "S5 Diuretiklər və ya Gizlədici Agentlər" sinfinə aid olan furosemid maddəsi və ya onun metabolitləri aşkarlanıb.
Sanksiyanın müddəti 2028-ci ilin iyuluna kimi qüvvədə olacaq.