Rumıniya futbol Superliqasında 13-cü tura start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" səfərdə "Botoşani" ilə qarşılaşıb.

 

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Hüseynov matçın 72-ci dəqiqəsində, bütün qollar vurulduqdan sonra meydana daxil olub.

 

Qeyd edək ki, hazırda "Petrolul" 23 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.