Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığma komandası (U-15) Maltada keçirilən UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisi Maltadan olan həmyaşıdları ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu oktyabrın 26-da Litva millisinə qarşı keçirəcək.