"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" klubu futbolçusu Ruben Alteni icarəyə verib. Sport24.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Danimarkanın "Viborq" klubunda çıxış edəcək.

 

Alte 2025-ci ilin yayında "Kristiansund"dan transfer edilib. O, daha sonra "Sandeyord"a icarəyə verilmişdi.

 

Futbolçunun "transfermarkt"da dəyəri 800 min avrodur.

 

"Sabah" noyabrın 4-də "Vikinq"lə Norveçdə qarşılaşacaq.