"Porto" "Tottenhem"in müdafiəçisi Souzanı bir illik icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. 

 

20 yaşlı braziliyalı futbolçu 2026-cı ilin yanvarınd "Santos"dan İngiltərə klubuna transfer olunub. Onun London təmsilçisi ilə sözləşməsi 2031-ci ilin iyununa qədərdir.

 

Qeyd edək ki, Sousa 2025/26 mövsümündə Premyer Liqada dörd oyun keçirib. "Transfermarkt" portalı onun transfer dəyərini 12 milyon avro qiymətləndirir.