"Sabah" basketbol komandası növbəti yoxlama oyununu Böyük Britaniya təmsilçisi "London Lions"a qarşı keçirəcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan çempionu məlumat yayıb.

 

Qarşılaşma sentyabrın 3-də baş tutacaq. Görüş Litvanın Kaunas şəhərində, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

"Sabah" ilk yoxlama oyununda Litvanın "Juventus Utena" komandasına uduzub - 84:89. Paytaxt klubu ikinci görüşdə bu ölkənin "Şyaulyay" kollektivinə qalib gəlib - 92:80.

 

Xatırladaq ki, Azərbaycan təmsilçisi yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.