Misli Premyer Liqasının üçüncü oyun həftəsinə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası doğma "divarlar arasında" "Qarabağ"ı qonaq edir.
Hər iki kollektiv cari mövsümdə bir oyuna çıxıb. "Kimyaçılar" ilk turda azarkeşlərinin gözü qarşısında "Neftçi"yə məğlub olubsa, ağdamlılar "Şamaxı"nı məyus (3:1) edib. Ötən həftə isə "Sumqayıt"ın "Sabah"la, "Qarabağ"ın isə "Kəpəz"lə matçı təxirə salınıb. Çətin də olsa meydan sahibləri bu görüşdə mövsümdə ilk xalını və xallarını qazanmağa çalışacaq. Avrokuboklarda mübarizəni dayandıran Qurban Qurbanovun komandası isə ardıcıl ikinci qarşılaşmanı 3 xalla başa vurmağı planlaşdırır.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 20:15-də səslənəcək.
Misli Premyer Liqası
I dövrə, III tur
20:15. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sumqayıt. "SOCAR Polymer Arena"
"Sumqayıt": 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi (k) 17. Nihad Əhmədzadə 75. Nadir Orucov 9. Jeam Oliveyra 4. İsa Suliman 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 11. Aleksa Yankoviç 55. Lukas Blek 5. Renan Santana
Ehtiyat oyunçular: 12. Aftandil Arixov 34. Ülvi Abbaslı 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 20. Ayxan Süleymanlı 97. Vüsal Paşayev 80. Keffel Resende 21. Tiaqo Almeyda
"Qarabağ": 99. Mateus Koxalski 22. Musa Qurbanlı 20. Kadi Borqes (k) 2. Mateus Silva 5. Bruno Lanqa 25. Cebrail Makreçkis 19. Taofik İsmail 7. Jali Muaddib 35. Pedro Bikalyo 88. Samuel Lobato 4. Bense Varkonyi
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 55. Bədavi Hüseynov 13. Bəhlul Mustafazadə 32. Hikmət Cəbrayılzadə 49. Əli Bəşirov 8. Marko Yankoviç 10. Joni Montiel 21. Aleksey Kaşuk 11. Reda Xadra 33. Dieqo Rosa