"Qəbələ" komandasında baş məşqçi postuna namizədlər müəyyənləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

 

"Qırmızı-qaralar"da yerli mütəxəssislərdən Elmar Baxşıyev və Sənan Qurbanov əsas namizədlər sırasında yer alır. Klub rəhbərliyi hazırda mümkün variantları nəzərdən keçirir və baş məşqçi seçimi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

 

Bununla yanaşı, Qəbələ təmsilçisinin əcnəbi çalışdırıcıya üstünlük verməsi ehtimalı da qalır. Klub rəhbərliyi bu istiqamətdə də seçimləri dəyərləndirir.

 

Beləliklə, "Qəbələ"nin yeni baş məşqçisinin yerli, yoxsa əcnəbi mütəxəssis olacağı hələlik məlum deyil. Yekun qərarın yaxın günlərdə verilməsi gözlənilir.

 

Qeyd edək ki, "Qəbələ" bu gün Kaxaber Sxadadze ilə vidalaşıb.