"Ştutqart"ın yarımmüdafiəçisi Mirza Katoviç karyerasını İspaniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, almaniyalı futbolçu "Barselona"ya keçəcək.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Artıq klublar arasında tam razılıq əldə olunub. La Liqa nəhəngi 19 yaşlı dayaq yarımmüdafiəçisini 3,5 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək. Gənc oyunçu "Barselona"nın B komandasında çıxış edəcək.

 

Qeyd edək ki, Mirza Katoviç 2022-ci ilin yayında "Ştutqart"ın akademiyasına qoşulub. Almaniya U-19 millisinin üzvü Bundesliqa təmsilçisinin əsas komandasının heyətində debüt etməyib.